reklam
22 yaşında ürək tutmasından öldü -
Sportfm.az xəbər saytı

22 yaşında ürək tutmasından öldü -FOTO


Fransanın “Qravlin-Dünkerk” klubunda çıxış etmiş sabiq basketbolçu Florian Loar 22 yaşında ürək tutmasından vəfat edib.
Sportfm.az xəbər verir ki, bu barədə onun ailəsi və Fransa Basketbol Federasiyası (FFBB) məlumat verib.

Perspektivli mərkəz oyunçusu Loar 2024-cü ilin əvvəlində xroniki diz problemlərinə görə karyerasını başa vurub.

O, “Qravlin-Dünkerk” akademiyasının və milli idman mərkəzi INSEP-in yetirməsi idi. O, klubun əsas komandasında Fransanın yüksək divizionu "Betclic Elite"də cəmi bir oyun keçirib — 2022-ci ilin mayında “Orlean”a qarşı matçda iki dəqiqə meydanda olub. Bundan sonra karyerasını bitirənə qədər gənclər komandasında çıxış edib.

Fransa Basketbol Federasiyası nekroloq dərc edərək basketbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Oxşar xəbərlər

Benzema karyerasını bitirir - 36 yaşında
“Qarabağ”ın sabiq qapıçısı dünyasını dəyişdi
33 yaşında ən yaxşı oldu - Avstriya-Fransa
Futbol əfsanəsi dünyasını dəyişdi
Astori məşq bazası - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər