Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mərc qalmaqalı səbəbindən matç keçirilmədi -FOTO
Türkiyə 2-ci liqa təmsilçilərinin qarşılaşmasında nadir futbol hadisəsi baş verib.
Sportfm.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, 2-ci liqanın 14-cü turu çərçivəsində nəzərdə tutulan “Yeni Malatyaspor” – “İsparta 32 Spor” matçı başlamadan təxirə salınıb. Buna səbəb meydan sahiblərinin heyətə kifayət qədər oyunçu toplaya bilməməsi olub.
Belə ki, Türkiyə Futbol Federasiyasının mərc oyunları ilə bağlı apardığı istintaq çərçivəsində "Yeni Malatyaspor"un 7 futbolçusu cəzalandırılıb. Zədəli oyunçuların da olması səbəbindən komanda meydana cəmi 7 nəfərlə çıxmaq məcburiyyətində qalıb.
Klubun idman direktoru Sinan Alkış hakimlə görüşərək oyuna başlamaq üçün lazım olan 11 nəfərlik heyəti qura bilmədiklərini bildirib. Bundan sonra hakim matçın oynanılmayacağını elan edərək qarşılaşmanı ləğv edib.

Oxşar xəbərlər
600 futbolçu dindiriləcək - Türkiyə futbolu çalxalanır
17 hakim, 1 klub prezident həbs edildi - Türkiyə futbolu çalxalanır
Türkiyə klubu çempionatdan çəkildi
Türkiyə üçün qadağa - Qərar
"Qalatasaray"da ciddi itki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası