Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İstəyərəm 1000-ə çatsın" -Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub etdikləri Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransı keçirib.
Sportfm.az xəbər verir ki, 53 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
- Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun itnizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzili Məmmədova uğurlar arzulayıram.
- Ötən həftə "Qarabağ"da 800-cü oyununuza çıxdınız. Qurban Qurbanov hansı hissləri keçirir və 1000-ci matç sizin üçün prinsipialdır?
- Özüm heç vaxt hesablamıram. Sadəcə bəlkə daha da həvəsli oluram. Belə uğurlu statistika varsa, sevinməliyəm. Yəqin ki, hər futbolçunun arzuladığı rəqəm var. Məşqçilərin də arzuladığı karyera var. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq.
- Avrokubok matçlarınıza baxanda, görünür ki, “Qarabağ” 65-70-ci dəqiqələrdə daha çox qol buraxıb. Həmin periodda təzyiq çox olur deyə, komanda qollar buraxır?
- Hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə.
- Ramin Musayev müsahibəsində bildirib ki, 2007-ci ildə “Neftçi”nin büdcəsi azaldığı üçün komandadan getmisiz, lakin Vlastimil Petrjala daha aşağı maaşa komandada qalıb. Doğru məlumatdır?
- Mənə çox maaş verdilər, Petrjelaya az? Elə olmaz. Yəqin nə isə... Bəlkə də orada anlaşılmazlıq olub. Keçmişə qayıtmağa ehtiyac yoxdur. Amma ümumən ola bilər ki, orada nə isə anlaşılmazlıq var.

Oxşar xəbərlər
Qurbanov Abubakardan danışdı: Belə fürsətimiz olsa, yararlanmaq istərik
"Çox yaxşı komandaya qarşı oynayacağıq" - Qurban Qurbanov
"Tıxacda qaldıq, konsentrasiyamız pozuldu" - Qurban Qurbanov
"Eyni oyunu onlardan tələb edə bilməzdim" - Qurban Qurbanov
Qurban Qurbanov yenə Şahruddinin vəkili rolunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası