reklam
Sportfm.az xəbər saytı

"Sabah" 1/4 finalda -Azərbaycan kuboku


Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
Sportfm.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 oyundan 2-si başa çatıb.

"Şamaxı" evdə "Bakı Sportinq"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" matçının üstün olan tərəfi ilə qarşılaşacaq.

Həmçinin kubokun son sahibi "Sabah" "İmişli"nin qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə "Sabah" daha 1 qol vuraraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə “Qəbələ" - "Şəfa" cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Günün son matçında "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edəcək.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün "Turan Tovuz" və "Zirə" 1/4 finala adlayıblar.

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.

Azərbaycan kuboku

1/8 final

3 dekabr

14:00. "İmişli" – "Sabah" - 1:2

Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Quba OİK stadionu

Oxşar xəbərlər

"Şamaxı" 1/4 finalda - Azərbaycan Kuboku
Bu gün 1/8 finalın daha 3 oyunu keçiriləcək - Azərbaycan kuboku
"Turan Tovuz" 1/4 finalda - Azərbaycan kuboku
“Karvan-Yevlax” 0–2 “Sabah” - VİDEO
"Səbail, "Turan Tovuz", "Karvan", MOİK və "İrəvan" 1/8 finalda - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər