reklam
Yığmamız turnirin qalibi oldu -
Sportfm.az xəbər saytı

Yığmamız turnirin qalibi oldu -Uğur


Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyuna çıxıb.

Sportfm.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb.

İlk görüşündə Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Oxşar xəbərlər

Millimiz növbəti oyuna çıxacaq
Yığmamız Banqladeşə bu heyətlə gedir - SİYAHI
Millimiz Banqladeşə gedir - Toplanış
Millimiz qazaxlara qalib gəldi - Hazırlıq matçı
Millimiz 6 qolla uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər