reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyunçuları Napolidə yeni il alış-verişi etdi


"Qarabağ" İtaliyada "Napoli"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyunundan əvvəl şəhər gəzintisinə çıxıb.

Sportfm.az xəbər verir ki, noyabrın 23-dən Neapolda olan klub əməkdaşları və oyunçular mağazalara gedib, restoranlarda nahar və şam ediblər.

Yerli media bunu Çempionlar Liqasında çıxış edən klub üçün təəccüblü hal adlandırıb.

İtaliyalı jurnalistlərdən biri oyunöncəsi mətbuat konfransında baş məşqçi Qurban Qurbanova bununla bağlı sual ünvanlayıb. Təcrübəli mütəxəssisin cavabı isə belə olub: "Ümumiyyətlə, biz hər bir səfərə getdikdə, istənilən şəhərdə olduqda, futbolçulara bir neçə saatlıq sərbəstlik veririk. Xüsusən də Napoli kimi gözəl şəhəri, antik binaları görmək hər bir futbolçunun arzusudur".

Qeyd edək ki, bu gün "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə gecə saat 00:00-da başlanacaq.

Oxşar xəbərlər

"Napoli" - "Qarabağ" matçının hakimləri - Gənclər Liqası
"Qarabağ"ı səfər oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək - Çempionlar Liqası
Qurbanov italiyalı jurnalistlər önünə çıxacaq
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" matçından yazdı
“Napoli” - “Qarabağ” matçının biletləri satışda - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər