reklam
Qurbanov italiyalı jurnalistlər önünə çıxacaq
Sportfm.az xəbər saytı

Qurbanov italiyalı jurnalistlər önünə çıxacaq


"Napoli" və "Qarabağ" komandalarının baş məşqçilərinin Neapolda keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçından əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.
Sportfm.az xəbər verir ki, noyabrın 24-də, saat 15:30-da "Napoli"nin baş məşqçisi Antonio Konte Dieqo Armando Maradona stadionunda mətbuat konfransı keçirəcək.

İki saat sonra "Napoli" son məşqinə başlayacaq. Qurban Qurbanov isə saat 22:00-da həmin arenada jurnalistlərlə görüşəcək və yarım saat sonra qonaqları son məşqinə aparacaq.

Hər iki məşq ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Bütün vaxtlar Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrda 25-də yuxarıda adı çəkilən stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Oxşar xəbərlər

Qurbanov jurnalistlərin önünə çıxacaq - Vaxtı bilindi
Qurbanov İsveçdə jurnalistlər önünə çıxacaq
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər