reklam
“FİFA series” Azərbaycanda təşkil olunacaq
Sportfm.az xəbər saytı

“FİFA series” Azərbaycanda təşkil olunacaq


“FİFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

Sportfm.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino şəxsi sosial şəbəkə hesabında paylaşım edib:

“2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FİFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir”.

Qurum rəhbəri turnirin keçiriləcəyi digər ölkələrin də adlarını açıqlayıb:

“Kişilər arasında “FİFA Series” turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında “FİFA Series” isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə, FİFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar”.

2024-cü ildə “FİFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
Millimiz monqolları uddu və....
"Azarkeşlərimizi sevindirəcəyik” - Arif Əsədov
FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək
Monqollarla oyunumuzun vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər