reklam
Qurbanov jurnalistlərin önünə çıxacaq -
Sportfm.az xəbər saytı

Qurbanov jurnalistlərin önünə çıxacaq -Vaxtı bilindi


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Sportfm.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

Qurban Qurbanovun mətbuat konfransının vaxtı məlum oldu
Farioli və Qurbanov medianın önünə çıxacaq
Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər