Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahruddin nəyin davasını edir? -Haqlı irad
"Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda, millidədir? Abbasdan güclü futbolçu tapın. Öz klubunda kimsə sağ cinah müdafiəçisi və ya yarımmüdafiəçisi mövqeyində oynayan başqa bir azərbaycanlı varmı? Tapın elə bir futbolçunu. "Turan Tovuz"da 11 legioner meydançaya çıxır. Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. I Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futboçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı"? - Bu sözləri qapıçı Fransa ilə oyundan sonra deyib.
Məhəmmədəliyevin fikrincə, Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra vəziyyət pis tərəfə dəyişib: "Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan futbolu məhz bu limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla, daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. "İmişli"də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim! Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur".
Təcrübəli qapıçı azərbaycanlı futbolçuların legioner həyatı yaşamalarının çətinliyindən də danışıb: "Məsələ millidə deyil. Harada oynayaq? Uşaqlar harada oynasınlar? Aydındır, mən hələ "Qarabağ"dayam, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan futbolu barədə düşünür, çempionatda oynama şansı verir. Bəs o biri uşaqlar harada oynasınlar? Hara getsinlər? "Gəlin, burada oynayın" deyə kim bizi gözləyir? Elə bir ölkə varmı ki, bizi çağırsın? Hamı deyir ki, gedin-oynayın. Harada? Söhbət mentalitetdə deyil. Rüfət Abdullazadə Xorvatiyaya "Varajdin"də oynamağa gedib. O, orada heyətdə yer alırmı? Çünki onun kimi oyunçular minlərlədir və oranın komandaları özlərinkiləri prioritet götürürlər. Deyirlər ki, özümüzdə beləsi varsa, azərbaycanlı nəyimə lazımdır? Bizdə isə əksinədir. Azərbaycanlı və legioner arasından prioriteti əcnəbiyə verəcəklər".
Bəli, Şahruddin bizim uzun illərdir söylədiklərimizi söyləyir, hamının demək istədiyini deyir. Onun sözlərindəki əsas həqiqət ondan ibarətdir ki, azərbaycanlı futbolçu rəqabətə davamlı deyil, o limitin hesabına oynayıb inkişab edirdi, indi isə qalıb kənarda. Bunu isə düşünən yoxdur.

Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Avropa klubunda - Transfer
Azərbaycanlı futbolçu Albaniya klubunda - RƏSMİ
Azərbaycanlı futbolçu Qırığızıstan klubunda
"AFFA-da oturanlara futbol və ya futbolçu lazım deyil" - Ramal Hüseynov
Azərbaycanlı futbolçular Türkiyədə legioner hesab olunmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası