reklam
İspaniya millisi tarix yazdı
Sportfm.az xəbər saytı

İspaniya millisi tarix yazdı


2026-cı il dünya çempionatının seçmə qrup oyununda Gürcüstanı səfərdə 4:0 hesabı ilə məğlub edən İspaniya millisi tarixə düşüb.

Sportfm.az xəbər verir ki, Luis de la Fuentenin baş məşqçi olduğu kollektiv rəsmi oyunlarda məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb.

Əvvəlki rekord da İspaniya yığmasna məxsus idi. Bu ölkənin komandası Visente del Boskenin baş məşqçi olduğu vaxt 2010 - 2013-cü illərdə ardıcıl 29 qələbə qazanmışdı.

De La Fuentenin rəhbərliyi dövründə isə 28 mart 2023-cü ildə Şotlandiyaya 0:2 hesabı ilə uduzduqdan sonra bu kollektiv heç bir rəsmi matçda yenilməyib. Komanda təsnifat mərhələsində 15 qələbə qazanıb, 2023-cü il Millətlər Liqası və 2024-cü il Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, 2025-ci il Millətlər Liqasının finalında İspaniya Portuqaliya ilə oyunun əsas və əlavə vaxtında 2:2 hesablı heç-heçə edib. Penaltilər seriyasında isə Portuqaliya qələbə qazanıb - 5:3. Lakin statistikada penaltilər seriyasında məğlubiyyət nəzərə alınmır.

Oxşar xəbərlər

Millətlər Liqasının qalibi Portuqaliya oldu
Gürcüstan millisi Avropa çempionatının finalında
İspaniya millisinin əsas forması - FOTO
İspaniya millisi Millətlər Liqasının qalibi oldu
İspaniya millisi 20 ildir evdə xal itirmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər