Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcüstan millisi Avropa çempionatının finalında
Gürcüstanın U-21 millisi Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib.
Sportfm.az xəbər verir ki, komanda ötən gecə pley-off mərhələsinin cavab oyununda Xorvatiya ilə qarşılaşıb.
Bu komandalar arasında ilk matç Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci görüşün əsas vaxtında isə Gürcüstan 3:2 hesablı qələbə qazanıb. Buna görə də əlavə vaxt oynanılıb.
Əlavə olunan 30 dəqiqə ərzində qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə Gürcüstan 7:6 hesabı ilə qalib gəlib və Avro-2025-in final məhələsinə adlayıb.
Beləliklə, Gürcüstanın U-21 millisi tarixində 2-ci dəfə Avropa çempionatında iştirak edəcək. Komanda daha əvvəl 2023-cü ildə ev sahibi kimi qitə çempionatının final mərhələsində yarışıb.

Oxşar xəbərlər
"Qarabağ" Luka Quqeşaşvilini təbrik etdi
Ukrayna və Polşa da AÇ-2024-ə vəsiqə qazandı
Gürcüstan Avropa çempionatının finalında
Gürcüstan millisi finala çıxdı - AVRO-2024
Millimiz Avropa çempionatının finalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası