reklam
AFFA-dan baş məşqçiyə ağır cəza -
Sportfm.az xəbər saytı

AFFA-dan baş məşqçiyə ağır cəza -Qərar


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

Qərarda qeyd olunub ki, Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.

Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 1000 manat cərimə edilib.

Oxşar xəbərlər

Klub rəsmisi 4 oyunluq cəzalandı
AFFA iki futbolçuya ağır cəza verdi
Rəqibini vuran futbolçuya ağır cəza - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
Hakimi təhqir edən futbolçuya ağır cəza - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər