reklam
Şansı olmayan yığma İslandiya önündə şans axtaracaq -
Sportfm.az xəbər saytı

Şansı olmayan yığma İslandiya önündə şans axtaracaq -YENİLƏNİR


Bu gün Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv İslandiya ilə üz-üzə gələcək.
Şa
"Palms Sports Arena"da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq.

Hazırda D qrupunda yer alan komandalardan İslandiya 4 xalla 3-cü, Azərbaycan 1 xalla 4-cü yerdə gedir. Qrupun digər matçında üz-üzə gələcək Fransa ilə Ukrayna isə müvafiq olaraq, 10 və 7 xalla ilk 2 yerdə qərarlaşıb.

İslandiya 2-ci yerə yüksəlmək üçün Bakıdakı görüşdən qalib ayrılmalı və Ukraynanın Fransaya məğlubiyyətini gözləməlidir. Bu halda skandinaviyalılar son turda Ukrayna ilə qarşılaşmanı da qələbə ilə başa vurmalıdırlar.

Heç bir şansı qalmayan Azərbaycan yığması xal ehtiyatını artırmaq üçün meydançaya çıxacaq. Komandaya "Qarabağ"dan dəvət almış Elvin Cəfərquliyev yüksək qızdırması səbəbindən geri qaytarılıb. Kapitan Emin Mahmudovun zədə üzündən oynamayacağı gözlənilir. Mahir Emreli isə Almaniya "Kayzerslautern"inin heyətində ağır zədə aldığı üçün milliyə dəvət edilməyib.

Xatırladaq ki, qrupun ilk tur oyununda Azərbaycan səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduqdan sonra AFFA baş məşqçi Fernandu Santuşu istefaya göndərib.

13 noyabr

21:00. Azərbaycan - İslandiya
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanoviç
Dördüncü hakim: Miloş Boşkoviç
(Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)
8-ci km qəsəbə stadionu

Oxşar xəbərlər

Azərbaycan – İslandiya matçının hakimləri açıqlandı
Ayxan Abbasovun mətbuat konfransı olacaq
Pis oynamasaq da, Ukraynaya məğlub olduq
Milli komandamızın oyunlarının təqvimi - ağır matçlar
Yığmamızın rəqiblərinin matçlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər