reklam
Azərbaycan çempionatında yeni rekord
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında yeni rekord


“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

Sportfm.az PFL-ə istinadən xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub. Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.

Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

Oxşar xəbərlər

“Zirə”dən ən böyükhesablı qələbə
“Sumqayıt”dan 10-cu dəfə böyükhesablı qələbə
“Neftçi”dən 50-ci böyükhesablı qələbə
“Neftçi” yeni antirekorda imza atdı
“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər