reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub etdi


Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdıb. Doğma meydanda ilk oyun "Turan Tovuz" üçün düşərli olub. Belə ki meydan sahibləri "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.

Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib. Meydan sahibləri 3:2 hesabı ilə rəqibindən üstün olub.

Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.

2 noyabr (bazar)

Misli Premyer Liqası, 10-cu tur

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 3:2

Qol: Roi Kehat 17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (2:1), Ronaldo Vaskez 69 (2:2), Roi Kehat 78 (3:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər

"Turan Tovuz"dan qələbə - Premyer Liqa
"Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər