reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz"dan qələbə -Premyer Liqa


Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün daha iki görüş keçirilir.

Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdır. Tovuz şəhər stadionunda ötən mövsümün sonunda süni meydançasının təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi başlayıb. Kurban Berdıyevin komandası bu mövsüm rəqiblərini Bakıda “Azərsun Arena”da qəbul edirdi.

Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edir.

Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.

2 noyabr (bazar)

Misli Premyer Liqası, 10-cu tur

16:00. “Turan Tovuz” – “Şamaxı” - 2:1

Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

Oxşar xəbərlər

"Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
"Şamaxı" "Turan Tovuz"a, “Zirə” “Kəpəz”ə qarşı
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər