reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"in futbolçusuna 4 oyunluq cəza


Bugün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bildirilib ki, bu səbəbdən 26 yaşlı qolkiper 4 oyun oyunluq cəzalandırılıb. Onun klubu 1000 manat cərimə edilib.

Eyni matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib.

Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub komandası 3000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimələnib.

Oxşar xəbərlər

AFFA Premyer Liqa klublarını cərimələdi
Premyer Liqa klublarının cəzaları açıqlandı - QƏRAR
Premyer Liqa klubları cərimələndi
"Turan Tovuz" və "Kəpəz" cərimələndi - QƏRAR
Premyer Liqa klubları cərimələndi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər