reklam
Məşhur klubun qapıçısı 1 nəfərin ölümünə səbəb oldu -
Sportfm.az xəbər saytı

Məşhur klubun qapıçısı 1 nəfərin ölümünə səbəb oldu -Qəza


"İnter”in qapıçısı Xosep Martines bədbəxt hadisə ilə üzləşib.

Sportfm.az xəbər verir ki, ispaniyalı qolkiper elektrikli əl arabasında olan yaşlı bir kişini maşını ilə vuraraq, ölümünə səbəb olub.

Hadisə oktyabrın 28-də, səhər saatlarında baş verib. 81 yaşlı kişi hadisə yerindəcə ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları istintaqa başlayıb. İlkin versiyalardan birinə əsasən, yaşlı kişi səhhətinin qəfil pisləşməsi səbəbindən hərəkət istiqamətini dəyişib və bu da qəzanın baş verməsinə gətirib çıxarıb.

Komо prokurorluğu hadisəni ehtiyatsızlıqdan adam öldürmə kimi araşdırır. İtaliya qanunvericiliyinə görə, Martinesi iki ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Oxşar xəbərlər

Tovuzda bədbəxt hadisə - Marandiçi xəstəxanaya aparıldı
Fitnes müəllimi qəfil dünyasını dəyişdi - SON DƏQİQƏ
Klub prezidenti 4 nəfərin ölümünə səbəb oldu - Hadisə
12 yaşlı uşaq peşəkar boksçunu qətlə yetirdi
İdmançı 2 nəfərin ölümünə səbəb oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər