Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçular İspaniyada qalıb! -PROBLEM
İş adamı Adnan Əhmədzadənin həbsindən sonra "Marset"dəki uşaqların akademiyadan geri qaytarılması barədə xəbər vermişik.
Sportfm.az xəbər verir ki, bu məsələdə müəyyən sıxıntılar ortaya çıxıb. Akademiya rəhbərliyi 32 uşaqdan 5-6 nəfərini saxlamağı üzərinə götürsə də, qalanlarının geri qayıtmasını istəyib. Futbolçulardan bəziləri millimizin müvafiq yaş qruplarının düşərgəsində olduğu üçün yığmayla vətənə dönüblər.
Lakin İspaniyada olanlar hələ də geri qayıda bilmirlər. ASTA şirkəti hesabları dondurulduğu üçün uşaqlara bilet ala bilmir. Bəzi valideynlərin də buna imkanı çatmır. Ona görə də, belə bir dolaşıq vəziyyət alınıb.
Qeyd edək ki, bir neçə ildir ki, ASTA şirkətinin layihəsi çərçivəsində azərbaycanlı uşaqlar Barselonanın "Marset" Futbol Akademiyasında futbolun sirlərinə yiyələnib. Lakin iş adamı Adnan Əhmədzadənin həbsindən sonra maliyyələşmə dayanıb və akademiya rəhbərliyi valideynlərə uşaqları daha burada saxlaya bilməyəcəyini deyib.(sportal.az)

Oxşar xəbərlər
Adnanla əməkdaşlıq edən Azərbaycan klublarının sonu necə olacaq?
Saxlanılan Adnan Əhmədzadənin "komandası" qalib gəldi - İkinci Liqa
"Qəbələ" akademiyasından sonra futbolumuz daha bir zərbə aldı - EKSKLÜZİV - ŞOK
Milyoner Adnan Əhmədzadə və 10 manatlıq futbol akademiyası - NONSENS
Azərbaycanlı iş adamı Messi ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası