reklam
180 azarkeşi qovuldu
Sportfm.az xəbər saytı

180 azarkeşi qovuldu


Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun PSV - "Napoli" görüşü öncəsi İtaliya klubunun 180 azarkeşi polis tərəfindən saxlanılıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.

Ötən gün "Napoli" azarkeşləri Niderlandın Eyndhoven şəhərinin mərkəzində təhlükəsizlik qaydalarını pozublar. Belə ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək əmrinə məhəl qoymayıb. Nəticədə onlar saxlanılıblar və avtobusla polis bölməsinə aparılıblar. Orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə yoxdur.

Sözügedən azarkeşlər Niderlanddan qovulublar.

Qeyd edək ki, PSV - "Napoli" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

Millinin 3 azarkeşi həbs olundu
“Qarabağ”dan qapıçısı polis bölməsinə niyə aparılıb? - AÇIQLAMA
Yenə onlar, yenə içki, yenə özbaşnalıq - FOTO
İngilis azarkeşlər Madriddə həb edildi
"Napoli" fanatları İstanbulu qarışdırdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər