reklam
“Qarabağ”dan qapıçısı polis bölməsinə niyə aparılıb? -
Sportfm.az xəbər saytı

“Qarabağ”dan qapıçısı polis bölməsinə niyə aparılıb? -AÇIQLAMA


“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun polis bölməsinə aparması barədə dedikləri ciddi rezonans doğurub.

Sportfm.az xəbər verir ki, o, hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev açıqlama verib:

“Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib. Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib”, - deyə mətbuat katibi bildirib.

Eyni zamanda “Qarabağ” təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.

Oxşar xəbərlər

"“Lunyovun dirçəlişi” olduğunu deyə bilmərəm" - rusiyalı qolkiper
Andrey Lunyov Bakıya qayıtdı
"Qarabağ" Lunyova yeni müqavilə təklif etdi
“Bayer” “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım etdi - FOTO
“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər