Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Abubakar “Neftçi”də aşağı maaşla oynayacaq
“Neftçi”nin heyətinə qatdığı məşhur futbolçu Vensan Abubakarın Bakı klubunda alacağı məvacib müəyyənləşib.
Sportfm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kamerun millisinin forvardı “ağ-qaralar”dan illik 500 min dollara (850 min manat) yaxın gəlir əldə edəcək.
“Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda çıxış etmiş 33 yaşlı oyuçunun aşağı maaşla Azərbaycan təmsilçisinə keçməsi maraq doğurur.
“Neftçi” də Abubakara yüksək maaş təklif etməyib. “Ağ-qaralar” büdcəyə uyğun olaraq şərtlər irəli sürüb və cavabını gözləyib. Sonda afrikalı forvard ölkəmizdə oynamağa qərar verib.
V.Abubakar “Neftçi” ilə anlaşmazdan əvvəl klubun hədəfləri və bazası ilə maraqlanıb.
Baza və infrastrukturla tanış olduqdan sonra isə Azərbaycanda oynamağa razılaşıb.

Oxşar xəbərlər
Abubakar “Neftçi”yə gəlir
"Neftçi" millinin oyunçusuna təklif göndərdi
“Neftçi”dən bu qədər - Mübarizəni dayandırdı
"Neftçi" "Beşiktaş"a uduzdu - Konfrans Liqası
Abubakar ilk afrikalı oldu - Tarixi rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası