reklam
Sportfm.az xəbər saytı

"Neftçi" millinin oyunçusuna təklif göndərdi


Kamerun millisinin hücumçusu Vensan Abubakar Azərbaycanda oynaya bilər.

Sportfm.az xarici nəşriə istinadən xəbər verir ki, "Neftçi" 33 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Xəbərdə qeyd edilib ki, hazırda klubsuz olan Abubakar üçün "Neftçi" variantı yaxşı fürsət ola bilər. "Neftçi"nin təcrübəli forvarddan cavab gözlədiyi bildirilib.

Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.

Xatırladaq kl, bir müddət əvvəl "Qarabağ"ın da Abubakarı heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Oxşar xəbərlər

"Qarabağ" Kadi üçün təklif göndərdi - AÇIQLAMA
AFFA millinin sabiq baş məşqçisinə təklif göndərdi
“Neftçi”dən bu qədər - Mübarizəni dayandırdı
"Neftçi" "Beşiktaş"a uduzdu - Konfrans Liqası
"Neftçi" legionerini göndərdi - Ayrılıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər