Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Millətlər Liqasını bürünc medalla başa vurdu -UĞUR
Bakıda amputant futbolu üzrə Millətlər Liqasında C qrupuna yekun vurulub. “Bayıl Arena”da təşkil olunan turnirin son günündə 3 oyun keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi iki matça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.
Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb.
Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutan Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşan İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.
Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atan Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.
Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər.
Azərbaycan – Niderland – 1:0
Qol: Sənan Hacıyev
Belçika – İsrail – 0:5
Qollar: Aviran Ohana (2), Ben Maman (2), Yoav Tsarfati
Azərbaycan – Ukrayna – 1:3
Qollar: Mixaylo Sokolian (avtoqol) - Hüseyn Hüseynov (avtoqol), Mikola Aleksienko, Dmitri Kuts

Oxşar xəbərlər
Millətlər Liqasında daha iki oyun baş tutdu - Bakıda
Yığmamız Millətlər Liqasına qələbə ilə başladı
Bakıda keçiriləcək Millətlər Liqası oyunlarının təqvimi açıqlandı
16 yaşlılarda ən güclü onlardı - FOTO
U-15 Liqasının qalibi bilindi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası