reklam
Cavadov yenidən
Sportfm.az xəbər saytı

Cavadov yenidən "Tvente"də -FOTO


“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.

Sportfm.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

Mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyib.

O, klubun bir sıra rəsmiləri – komandanın baş məşqçisi Con van den Brom, “Tvente”nin inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Vaqif Cavadov futbolçu olduğu dönəmdə, 2010/2011 mövsümündə bu komandanın formasını geyinib.

Oxşar xəbərlər

Cavadov yeni vəzifəsinin icrasında - FOTO
“Sumqayıt”ın müvəqqəti baş məşqçisi məlum oldu
Vaqif Cavadov "Sumqayıt"ın məşqçisi təyin edildi
Cavadov ölkə xaricinə yollanacaq
Azərbaycanda oynamış daha bir futbolçu "Tvente"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər