reklam
Azərbaycan Ukraynaya qarşı -
Sportfm.az xəbər saytı

Azərbaycan Ukraynaya qarşı -YENİLƏNİR


Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, D qrupunda yer alan millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.

Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Tərəflərin Bakıdakı oyununda qalib müəyyənləşməyib – 1:1. Sergey Rebrovun çalışdırdığı rəqib komanda qələbə qazanmağa çalışacaq. Amma Ayxan Abbasovlu millimiz də bu görüşdə ən azı uduzmamağı hədəfləyib.

Bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Fransanı qəbul edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr

Azərbaycan – Ukrayna
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
“Krakoviya” stadionu. Saat 22:45.

Oxşar xəbərlər

Ukrayna - Azərbaycan oyunu öncəsi açıq məşqin vaxtı bilindi
Millimiz Portuqaliyaya qarşı - Avropa çempionatı
Millimiz seçmə mərhələdə ilk oyununa çıxır
Millimiz seçmə mərhələdə ilk oyununu keçirəcək - Avropa çempionatı
Millimiz Estoniyaya qarşı - Avro-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər