reklam
Millimizin heyət məlum oldu -
Sportfm.az xəbər saytı

Millimizin heyət məlum oldu -III MDB Oyunları


Oktyabrın 3-dən 7-dək III MDB Oyunlarında güləş yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində ayın 3-4-də sərbəst və qadın güləşi üzrə, ayın 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmizi MDB Oyunlarında 27 güləşçi təmsil edəcək.

Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.

Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45 kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq), İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92 kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.

Oxşar xəbərlər

Güləşçilərimiz Dünya Çempionatına yollanır
Azərbaycan millisinin heyəti açıqlandı - Avropa çempionatı
Millimizin Avropa çempionatı üçün heyəti
Millimiz dünya çempionatında iştirak edəcək
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər