reklam
Emreli yenə heyətdən kənarda
Sportfm.az xəbər saytı

Emreli yenə heyətdən kənarda


Almaniya 2-ci bundesliqasında 7-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin üzvü olduğu “Kayzerslautern” bu gün səfərdə “Paderborn”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bundan əvvəlki üç görüşdə adı iştirak ərizəsinə salınmayan M.Emreli bu matçda da iştirak edə bilməyəcək. O, oyun üçün açıqlanan 20 nəfərlik heyətdə yoxdur.

Emreli “Kauserslautern"in baş məşqçisi Torsten Liberknextin qərarı ilə son 4 oyunda heyətə salınmır.

28 yaşlı futbolçu bu mövsüm 2-ci Bundesliqada yalnız ilk 3 oyunda meydana çıxıb və qol vura bilməyib.

Oxşar xəbərlər

Emreli dubl etdi - 2-ci Bundesliqa
Mahir Emreli geri döndü - Start heyətinə
Emreli start heyətdə
Mahir Bundesliqada qol hesabını açdı
Mahir Emreli oynadı, komandası uddu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər