reklam
Rüfət üçün Xorvatiyada 45 dəqiqə
Sportfm.az xəbər saytı

Rüfət üçün Xorvatiyada 45 dəqiqə


Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Hayduk”u qəbul edib.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu fasilədə əvəzlənib.

Matç “Varazdin”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”su və ikinci pillədə qərarlaşan “Hayduk”dan 4 xal geri qalır.

Oxşar xəbərlər

Emreli oynadı, komandası uddu - 2 Bundesliqa
Emreli "Dinamo"nu məğlubiyyətdən qurtardı - Xorvatiya çempionatı
Rüfət Dadaşov het-trik etdi - Regional Liqa
Dadaşovun dublu komandasına qələbə qazandırdı
Budaq Portuqaliyada növbəti oyununa çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər