reklam
AFFA prezidenti Kuyperslə görüşdü
Sportfm.az xəbər saytı

AFFA prezidenti Kuyperslə görüşdü


AFFA-nın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersi qəbul edib.

Sportfm.az xəbər verir ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də iştirak ediblər.

Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.

Oxşar xəbərlər

UEFA Hakimlər Komitəsinin üzvü Bakıya gələcək
AFFA prezidenti UEFA-nın toplantısında
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşdü - FOTO
AFFA-nın rəhbəri UEFA prezidenti ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər