Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə millisi finalda uduzdu -Dünya çempionatı
Qadın voleybolçular arasında Tailandın paytaxtı Banqkokda keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, final oyununda Türkiyə və İtaliya milliləri üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş İtaliyanın tay-breykdə qələbəsi ilə yekunlaşıb - 3:2.
İlk setdə 23:25 hesabı ilə uduzan Türkiyə yığması ikinci setdə tarazlığı təmin edib - 25:13.
Üçüncü seti İtaliya millisi yenidən öndə tamamlayıb - 26:24. Lakin dördüncü setdə "Filenin Sultanları" 25:19 hesabı ilə öndə tamamlayıb.
Nəhayət, "tay-breyk"də 15:8 hesabı ilə öndə tamamlayan İtaliya tarixində ikinci dəfə dünya çempionu olub. Daha öncə bu komanda 2002-ci ildə bu titulu əldə etmişdi.
Türkiyə isə dünya çempionatları tarixində ilk dəfə finala yüksəlməklə, gümüş medalçı olub.
Görüşün ən məhsuldar oyunçusu "Filenin Sultanları"ndan Melissa Varqas olub. O, 33 xal toplayıb. Komandada sonrakı yerləri kapitan Eda Erdem Dündar 19, Ebrar Karakurt 12 xalla tutub. Erdem həm də çempionatın ən yaxşı mərkəz oyunçusu sayılıb.

Oxşar xəbərlər
Türkiyə millisi tarixi uğura imza atdı
“Azərreyl” ölkə çempionu oldu
Türkiyənin millisi Avropa çempionu oldu
Voleybolçularımızdan növbəti məğlubiyyət - Avropa çempionatı
Argentina dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda

Misli Premyer Liqası