Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq
Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən turnir iki gün davam edəcək.
"Baku World Open" adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışır.
Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna iştirak edir. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparıb.
"Baku World Open" turniri beynəlxalq futvoley yarışları sırasına daxildir.
Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk görüşdə qalib gəliblər - 2:0.
Turnirin açılış mərasimimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra "Baku World Open" turniri rəsmi olaraq açıq elan edilib. Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçlar sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb. Turnirin bu mərhələsində Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq. Rusiya komandası isə İranla üz-üzə gələcək.
Qeyd edək ki, kişilərin yarımfinal görüşləri ilə yanaşı, bu gün qadınlardan ibarət Azərbaycan yığması Ukraynanı, Rusiyanın qadınlardan ibarət iki kollektivi isə bir-birini sınağa çəkəcək.

Oxşar xəbərlər
Azərbaycan yığması ilə oyunda hollandlar necə "uçdu"? - VİDEO
"Baku World Open"in qalibi məlum oldu - FOTO
Su İdmanı Sarayında “Baku World Open” turnirinə start verilib
Hollandiya yığması və rusiyalı qızlar Bakıda meydana çıxacaq
Almaniya yığması Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası