reklam
AFFA
Sportfm.az xəbər saytı

AFFA "Neftçi"ni futbolçusuna görə cərimələdi -QƏRAR


AFFA İntizam Komitəsi "Neftçi" klubunu 5 min manat cərimələyib.

Sportfm.az xəbər verir ki, cərimənin böyük hissəsi futbolçu İqor Ribeyroya görə kəsilib.

Braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasında III turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib.

Rəqib oyunçu Faiq Hacıyevi buran Ribeyro birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu 3 oyunluq cəzaya, klubunu 3 min manatlıq cəriməyə məruz qoyub.

Qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri meydançaya kənar əşyalar atıblar. Bu isə kluba daha 2 min manat cərimə bahasına başa gəlib.

Qeyd edək ki, oyun "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 1:0.

Oxşar xəbərlər

Premyer Liqa klubları cərimə olundu - Qərar
Yenə "Turan", yenə AFFA, yenə cərimə!
AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi - QƏRAR
AFFA klubları cərimələdi - QƏRAR
İntizam Komitəsi 4 klubu cərimələdi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər