Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın kapitanı Türkiyəyə yollanıb
Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunundan sonra Türkiyəyə yollanıb.
Sportfm.az saytı Sportal.az-a istinadən xəbər verir ki, buna Sadıqovun ÇL-in II təsnifat mərhələsində "Samtredia" ilə Bakıda keçirilən matçda (5:0) zədələnməsi səbəb olub. Bu səbəbdən kapitan müayinə olunmaq üçün qardaş ölkəyə üz tutub. Həkimlərin rəyindən sonra Rəşadın son durumuna aydınlıq gələcək.
Xatırladaq ki, "Qarabağ" ÇL-in III təsnifat mərhələsində evdə "Şerif"lə 0:0 hesablı heç-heçə etdiyi qarşılaşmanın cavab oyununda 2:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə Avropanın bir nömrəli klub turnirinin pley-offuna yüksəlib. Həmin tarixi qələbədə Rəşad Sadıqov 90 dəqiqə meydanda olub.
Oxşar xəbərlər
"Bizi gərgin oyun gözləyir" - Rəşad Sadıqov
"Qarabağ" "Şerif"lə üz-üzə - Çempionlar Liqası
Rəşad Sadıqov "Şerif"lə oyundan sonra dopinq-testdən keçirildi
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində
"Qarabağ" Moldovaya yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası