reklam
“Kayrat” – “Real” matçının vaxtı bilindi -
Sportfm.az xəbər saytı

“Kayrat” – “Real” matçının vaxtı bilindi -Çempionlar Liqası


UEFA, Çempionlar Liqasının liqa mərhələsinin oyun cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, “Kayrat” və “Real” arasındakı matç bir ay sonra – 30 sentyabrda, ikinci turda baş tutacaq. Oyun saat 20:45-də start götürəcək.

“Real” üçün bu oyun xüsusilə çətin olacaq. Çünki komanda Qazaxstana səyahət etmək üçün təxminən 6500 kilometr yol qət etməli olacaq. “Kral klubu”nun baş məşqçisi Xabi Alonso, bu matçı uzun yol baxımından ciddi bir sınaq olaraq qiymətləndirib.

Bundan əvvəl “Kayrat” Çempionlar Liqasının ilk turunda Lissabon “Sportinq”inin qonağı olacaq. Almata təmsilçisi təxminən 7000 kilometr yol qət edəcək ki, bu da turnir tarixində rekord məsafə olacaq.

“Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edir.

Oxşar xəbərlər

Tarixi uğur - "Kayrat" ilk dəfə Çempionlar Liqasında
Bu gün Pley-offda 4 oyun keçiriləcək - Çempionlar Liqası
“Real”dan antirekord - Çempionlar Liqası
Çempionlar Liqasının finalı baş tutacaq
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və yeri - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər