Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Onun yerinə 7 namizəd var -Qayıdış baş tuta bilər
Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi postuna namizədlər müəyyənləşib.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi Joze Mourinyonu istefaya göndərdikdən sonra bir neçə yerli və xarici mütəxəssislə danışıqlara başlamağı nəzərdən keçirir.
"Sarı-lacivərtlilər"in sükanı arxasına keçəcəyi ən çox gözlənilən baş məşqçi İsmail Kartaldır. Hazırda işsiz olan 64 yaşlı mütəxəssis 2022 və 2023-2024-cü illərdə "Fənərbaxça"nın baş məşqçisi olub. O, son olaraq İran "Persepolis"ini çalışdırıb.
Digər namizədlər arasında daha əvvəl komandaya rəhbərlik edən Aykut Kocaman (2010-2013 və 2017-2018-ci illərdə), klubun sabiq futbolçuları Volkan Dəmirəl və hazırda "Antalyaspor"un baş məşqçisi olan Emre Belözoğlu var. "Fənərbaxça"nın sükanı arxasına keçəcəyi gözlənilən digər namizəd isə 2020-2024-cü illərdə "Trabzonspor"u çalışdıran Abdullah Avcıdır.
Xaricilərdən isə Almaniya millisinin sabiq baş məşqçisi, 1998-1999-cu illərdə "Fənərbağça"da olan Yoahim Lövün, eləcə də ötən mövsümün sonunda İtaliya "Milan"ından ayrılan Serxio Konseysaunun adı çəkilir.
Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayından "Fənərbaxça"da idi.

Oxşar xəbərlər
"Fənərbaxça" Mourinyonu sonra qovdu
Emre sabiq komanda yoldaşını əvəz etdi - Təyinat
Joze Mourinyo əməliyyat olundu
"Fənərbaxça"nın sabiq oyunçusu Avstraliya klubunda
"Fənərbaxça"nın yeni baş məşqçisinin adı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası