reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça"nın sabiq oyunçusu Avstraliya klubunda


"Fənərbaxça"nın və "Beşiktaş"ın sabiq futbolçusu Tolgay Arslanın yeni klubu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya "Udineze"sindən Avstraliya "Melburn Siti"sinə keçib. Bu barədə klubun saytı məlumat yayıb. Türk əsilli almaniyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Arslan 2015-2018-ci illərdə "Beşiktaş"ın, 2019-2020-ci illərdə isə "Fənərbaxça"nın formasını geyinib. O, əvvəlcə Türkiyənin U-19 (2009), U-20 (2010) yığmalarında oynasa da, daha sonra Almaniyanın U-20 (2011) və U-21 (2012-2013) millilərində çıxış edib.

Oxşar xəbərlər

"Fənərbaxça"nın oyunçusu "Beşiktaş"da
"Fənərbaxça"nın oyunçusu La Liqa klubunda
Kapitan "Neftçi"ni tərk etdi - FOTO
Daniel Subotiç yenidən "Qəbələ"də
Sabiq “Çelsi”li Qazaxıstan klubunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər