reklam
Gəncənin
Sportfm.az xəbər saytı

Gəncənin "Kəpəz" boyda dərdi -YAZI


"Kəpəz" yenə uduzdu. Bundan sonrakı oyunlarda da uduzacaq. Çünki Gəncə klubunda futboldan başqa hər şey var.

Tapşırıqla məşqçi təyinatı, tanışlıqla oyunçu götürmək, pul yemək, pul yedizdirmək, yəni bir sözlə ağlınıza gələcək pis nə varsa, hər şey.

Hazırda klub yenə çalxalanır və yenə partlayış olacaq, kimlərsə göndəriləcək, kimlərsə gedəcək, amma bütün bu oyunları "Kəpəz"in başına açanlar qalacaq və işlərinə davam edəcək.

Gəncə klubu qeyri-peşəkar komanda təsiri bağışlayır. Komanda uduzur, günahı olanlar günahı olmayanları işdən çıxarır.

Klub turnir cədvəlinin sonunda sürünür, kimlərsə yenə klubdan nəsə umur, nəsə oğurlayır.

Yəni bir sözlə, "Kəpəz" Gəncənin dərdinə çevrilib.

Oxşar xəbərlər

"Kəpəz" yenə çalxalanır
"Kəpəz"in çiçəyi burnunda baş məşqçisi: Bizi ağır iş gözləyir
"Kəpəz"in vəziyyəti "Bambarbiya kerkudu"
“Kəpəz” Gəncədə yenə böyük hesabla məğlub oldu
"Kəpəz"də böyük dəyişikliklər olacaq - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər