Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"in çiçəyi burnunda baş məşqçisi: Bizi ağır iş gözləyir
"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov təyinatı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, komandanın çempionatda düşdüyü çətin durumla bağlı klub rəhbərliyi ilə müzakirə apardığını deyib:
“Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq. Çalışıb bunu aradan qaldıracağıq. Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Gəncənin, “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. Burada futbolu həddindən çox sevirlər. İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik".
A.Bağırov komandanı bu durumdan çıxaracağına inandığını bildirib: "Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq. Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm. Azarkeşlər “Kəpəz”in güclü tərəfidir, əsas üstünlüyüdür. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək”.
Xatırladaq ki, "Kəpəz" bu gün 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını açıqlayıb. Komanda 5 turdan sonra xal qazana bilməyib və sonuncu pillədədir.

Oxşar xəbərlər
"“Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər" - Amil Yunanov
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
"Kəpəz" Azər Məmmədovla müqavilə imzaladı
"Karyeramda yeni səhifə başlayır" - Cavid İmamverdiyev
Elxan Abdullayev: "Bilirdik ki, bizi çətin oyun gözləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası