• 06:17 Bazar
    18 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Gürcülərdən bizə nə? – YAZI

Gürcülərdən bizə nə? – YAZI

Fransada Avropa çempionatının start götürməsinə iki gün vaxt qalıb. Artiq turnirin favoritləridə məlumdur. Onların sırasında ən çox adı çəkilən yiğmalardan biri İspaniyadır. Düzdür, hazırki komanda Xavili, Puyollu, Vilyalı, İnyestalı(Andres hələdə millidədir) əzəmətli İspaniya deyil, ancaq Visente Del Boskenin Fransaya apardığı futbolçulara nəzər saldıqda, onların daha bir Avropa çempionatını qazanmağa qadir olduğunu deyə bilərik. Və bu İspaniya Parisə yollanmazdan öncə qonşumuz Gürcüstanı özünə rəqib seçərək ( yoxlama oyunu keçirmək təklifi İspaniya Futbol Federasiyasından gəlib), Xetafe şəhərində baş tutan oyunda 0-1 hesabı ilə məğlub olub! Deyəcəksiniz bundan bizə nə? Yəqin ki, bizim İspaniyanı Bakıya pul zoruna gətirib yoldaşlıq görüşü keçirdiyimiz hər kəsin yaxşı yadındadır. İspanların bir ayaqla qapımızdan keçirdiyi 6 topuda kimsə unutmuş deyil. 2009-cu ildə, məhz iyun ayında Bakıda keçirilən matçda yığmamız meydanın mərkəzini belə güclüklə keçirdi, qapıya zərbədən, təhlükəli epizoddan isə danışmağa dəyməzdi. Onda ölkə çempionatında rəqabət vardı, gələcəyə ümidlə baxırdıq, futbolumuzun inkişafına dair dövlət proqramı qüvvədə idi.  Pireney yarımadasından gələn qonaqlar, yığmamızın daşını daş üstə qoymayaraq bizləri göylərdən yerə endirdi. Lakin, hər şeyə dözdüyümüz kimi, belə acı məğlubiyyətədə dözərək, "gələcəkdə yaxşı olar”,- deyə düşünmüşdük! Və budur oldu. Beş il yol gəldiyimiz qaranlıq tunelin sonunda bəlli oldu ki, alman getdi, yerinə xorvat gəldi, hazırda harada olduğu, Azərbaycan pasportunun başına nə oyun açdığı məlum olmayan Daniel Axtyamovun əvəzinə, dollar şəkli paylaşan Ruslan Qurbanov var. Azərbaycan Premyer liqası 8 komandanın ümidinə qaldı, ağır tonajlı gəmi "Xəzər Lənkəran” futbol dənizimizdə batdı. "Neftçi” 6-cı sıradan avrokuboklara vəsiqə qazandı, "Bakı”nın sadəcə adıdır, dövlət proqramının vaxtı bitdi və hər yerdə futbol inkişaf etməsinə baxmayaraq, bizim əks marşrutla getdiyimiz aydın oldu. Hərdən boylanıb, pulun olmadığı, xaricdə 400-ə yaxın futbolçusunun oynadığı, futbolla bağlı proqramın 5 ay bundan öncə qəbul edildiyi qonşu Gürcüstana baxmaq əvəzinə, bizdən Andorra ilə bərabərə qalmağımıza uğur kimi baxmağımızı istəyənlər, sabah San-Marinoya məğlub olduqda, bunu qələbə kimi qələmə verməyimizi tələb edəcəklər. Bəli, məhz tələb edəcəklər. Gürcüstanın İspaniyanı məğlub etməsini görməzdən gələrək, iki məhəllədən ibarət olan Andorra ilə görüşün hazırlıq xarakteri daşıdığını bildirdikləri kimi. 

İmza: Araz Əhmədov

скачать dle 10.4 UTF-8Forex для начинающих

8-06-2016
762
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
12-01-2019
"Bu oyun bizim üçün yaxşı məşq oldu" - Sənan Qurbanov
21-11-2018
"Qəti bu hesabı gözləmirdim" - Yunis Hüseynov
11-09-2018
"İstədiyimiz nəticəni əldə edə bilmədik" - Təmkin Xəlilzadə
25-06-2018
Yığmamız dünya çempionlarını məğlub etdi
Yığmamız dünya çempionlarını məğlub etdi
25-06-2018
"Onların haqqında ancaq müsbət rəy bildirə bilərik" - Səlahət Ağayev
21-03-2018
“Azərbaycan çempionatındakı oyunlar bizi qane etmir”
“Azərbaycan çempionatındakı oyunlar bizi qane etmir” (LAYİHƏ)
8-06-2017
"Futbolçunun gəlmək imkanı yoxdursa, gərək biz gedək" - Qonşu ölkənin təcrübəsi nə deyir? - ÖZƏL
15-05-2017
Klub prezidenti:
Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL
21-01-2017
Şəhriyar Rəhimov:
Şəhriyar Rəhimov: "İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir"
20-01-2017
Elxan Abdullayev:
Elxan Abdullayev: "Bu gün "Neftçi"nin ən böyük çatışmazlığı hücumçunun olmamasıdır"
25-11-2016
"Yaxşı oynayıb, məğlub olduq"
3-11-2016
"Burada olduğum müddətdə belə futbol oynamayacağıq"
11-09-2016
Roman Qriqorçuk:
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
2-09-2016
Nərgiz Umudova:
Nərgiz Umudova: "Bu gün komandalarımızdan 4:0 hesablı qələbə gözləmək olar"
10-08-2016
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
  Xəbər Lenti
"Neftçi"dən böyükhesablı qələbə - Azərbaycan Premyer Liqası 17.04.2021, 22:23
"Keşlə" 0-0 "Sabah" - VİDEO 17.04.2021, 22:20
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi - Zədəyə görə 17.04.2021, 20:27
Uels millisinin nümayəndələri Bakıya gəldi - FOTO 17.04.2021, 20:23
"Sabah" "Keşlə" ilə bərabərə qaldı - Premyer Liqa 17.04.2021, 20:20
Corcina yeni paylaşımı ilə gündəm yaratdı - FOTO 17.04.2021, 19:30
Tomas Bax Yaponiyaya səfər edəcək 17.04.2021, 19:25
Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün 17.04.2021, 18:29
“Turan Tovuz” “Qaradağ Lökbatan”ı məğlub etdi - I Divizion 17.04.2021, 17:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
13-04-2021
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
16-04-2021
Həftənin rəmzi komandası açıqlandı -
Həftənin rəmzi komandası açıqlandı - Avropa Liqası
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb