reklam
Sportfm.az xəbər saytı

"Neftçi"dən ayrılan oyunçu Portuqaliya klubunda


Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Oxşar xəbərlər

"Neftçi"də daha bir ayrılıq
"Neftçi" Ozobiçi göndərdi - Ayrılıq
"Neftçi” iki futbolçusunu göndərdi
"Neftçi" Quzzo ilə "qaza gələcək" - RƏSMİ
"Neftçi" göndərdi, Paraqvaya qayıtdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər