Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakimimiz Polşadakı yarışa təyinat aldı
Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək “Mityng Ambasadorów” beynəlxalq yarışına təyinat alıb.
AAF-ın mətbuat xidmətindən Sportfm.az-a verilən məlumata görə, mütəxəssis texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.
Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.
“Mityng Ambasadorów” Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.

Oxşar xəbərlər
Hakimimiz beynəlxalq oyuna təyinat aldı
Federasiya rəsmisi bürünc səviyyəli hakim sertifikatı aldı
AMADA yeni cəlb olunmuş dopinq nəzarəti inspektorları üçün təlim təşkil etdi
Azərbaycanlı hakim “Neva”-“Povajska” oyununa təyinat aldı
Beynəlxalq dərəcəli referimiz İtaliyada keçiriləcək turnirə təyinat aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası