reklam
Millimiz məğlubiyyətləri sıralayır
Sportfm.az xəbər saytı

Millimiz məğlubiyyətləri sıralayır


20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Sportfm.az saytı apasport.az-a istinadən bildirir ki, Rumıniyanın Oradea şəhərində keçirdiyi ilk iki qarşılaşmada məğlub olan komandamız bu dəfə də meydanı başıaşağı tərk edib.

Rusiyaya 56:85, Slovakiyaya 78:86 hesabı ilə uduzan yığmamız Böyük Britaniya ilə görüşdə daha acınacaqlı nəticə ilə üzləşib. Belə ki, millimiz 68:111 (7:20, 8:32, 30:28, 23:31) hesabına üzülüb. Ender Poladxanlı komandamıza daha çox - 24 xal qazandırıb.
 
Bu gün yığmamız qrupda son oyununu keçirəcək. Millimiz Hollandiya ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Millimiz Slovakiyaya uduzdu - Avropa çempionatı
Millimiz 24 komanda arasında 22-ci olub
Millimizdən daha bir məğlubiyyət
Yığmamız Ermənistanla qarşılaşacaq
Yığmamız Rusiyaya belə məğlub oldu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər