reklam
“Qarabağ” irəlilədi -
Sportfm.az xəbər saytı

“Qarabağ” irəlilədi -UEFA reytinqi


Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.

Sportfm.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün olub.

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda vəsiqə qazanıb.

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində 4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25 mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.

Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən 28-ci pilləyə yüksəlib.

Oxşar xəbərlər

"Qarabağ"ın UEFA reytinqində mövqeyi məlum oldu
Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycanın UEFA reytinqində yekun mövqeyi
UEFA reytinqində xal ehtiyatımız artdı
Voleybolçularımız dünya və Avropa reytinqində irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər