reklam
AFFA
Sportfm.az xəbər saytı

AFFA "Karvan"a və "İmişli"yə güzəştə getməkdə davam edir


AFFA ötən mövsümün yekununa əsasən Premyer Liqaya yüksəlmiş 2 kluba möhlət hüququ verib. Söhbət “Karvan” və “İmişli”dən gedir.

Sportfm.az xəbər verir ki, AFFA-nın yaydığı məlumatda bildirilir:

“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)

2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.

Oxşar xəbərlər

Klublara lisenziyalar təqdim olundu - FOTO
16 illik həsrət sona çatdı - “Karvan” Premyer Liqaya qayıtdı
İcraiyyə Komitəsinin iclası keçirildi
I Liqada komanda sayı artırılacaq
"Karvan"a "hazır ol" deyilib!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər