Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" Türkiyə klubunu uddu
"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqası təmsilçisi "Pendik"lə üz-üzə gəlib. Matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində qolları Brahim Konate, Davit Volkov, Junior Martins (dubl) vurublar.
"Zirə" bunadək 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1), “Əl-Hüseyin”ə (1:0) və “Çorum”a (2:0) qalib gəlib.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.

Oxşar xəbərlər
"Zirə" Türkiyə klubuna qalib gəldi
“Zirə”nin yeni transferi sıradan çıxdı
"Zirə"nin rəqibi qalib gəldi
İordaniya klubuna qalib gəldilər
"Zirə" Türkiyə klubuna qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası