Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin rəqibi qalib gəldi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.
Bu, "Hayduk"un Sloveniya toplanışı çərçivəsində 3-cü qələbəsidir. Komanda ilk matçında SSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. Xorvatiya klubu “Radomlje”ni (Sloveniya) eyni hesabla üstələyib.
Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

Oxşar xəbərlər
İordaniya klubuna qalib gəldilər
18 yaşında klubuna geri döndü - Keçid
“Hayduk” – “Zirə” matçının hakimləri bilindi
"Zirə" - "Hayduk" oyununun vaxtı dəyişdirildi
"Zirə" və "Araz-Naxçıvan" üçün güclü rəqiblər - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası