reklam
Sportfm.az xəbər saytı

"Sabah"dan "Sumqayıt"a keçdi -RƏSMİ


2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Gənclik şəhəri təmsilçisi" müqavilə ilə "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"nın uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.

Xatırladaq ki, "Sumqayıt" bunadək Saşa İliç (baş məşqçi), Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola) və Aleksa Yankoviçi ("Radniçki", Serbiya) də transfer edib.

Oxşar xəbərlər

"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
Pedro Pinto "Sumqayıt"da - Transfer
"Sumqayıt"da daha bir legioner - Transfer
“Fiorentina”da oynamış futbolçu Sumqayıtda
"Qəbələ"nin futbolçusu "Sumqayıt"a transfer olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər