Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İtaliyalıları razı salmaq mümkün olmur...
“Napoli”nin hücumçusu Viktor Osimhenin “Qalatasaray”a mümkün transferi gözlənilməz çətinliklərlə üzləşib.
Sportfm.az xəbər verir ki, Türkiyə klubu nigeriyalı oyunçunun transferi üçün tələb olunan 75 milyon avronu hissə-hissə və uzunmüddətli ödənişlə verməyə hazır olduğunu bildirsə də, bu təklif Neapol klubunu qane etməyib.
“Napoli” rəhbərliyi “Qalatasaray”dan bank zəmanəti və birdəfəlik ilkin ödəniş tələb edib. Ancaq bu tələblər qarşılanmadığı üçün İtaliya klubu danışıqları dayandırmağa məcbur olub.
Hazırda yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Osimhenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma maddəsini birbaşa ödəməyə hazırdır. O isə Səudiyyə Ərəbistanı klubuna keçmək istəmir və məhz “Qalatasaray”da oynamaq niyyətindədir.
Beləliklə, 26 yaşlı forvardın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Oxşar xəbərlər
Osimhenə Səudiyyə Ərəbistanından təklif gəldi
Onu almaq üçün bir araya gəldilər - Toplantı
Osimhen ərəblərin təklifini rədd etdi
Türkiyə klubu 65 milyonundan keçməyə hazırdı
150 milyon avroluq tələb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası